Oktyabrın 12-14-də C.Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin təşəbbüsü ilə Qaradağ rayonunun Səngəçal qəsəbə mədəniyyət evində “Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin” mövzusunda sənədli səyyar sərgi təşkil olunub.
   
   Muzeyin direktoru Pərixanım Mahmudova bildirib ki, sərgidə böyük ədibin həyatı və çoxşaxəli yaradıcılığının müxtəlif dövrləri sənədlərin və fotoların dili ilə iştirakçılara təqdim edilib. Əsasən “Molla Nəsrəddin” jurnalının nəşri tarixini əks etdirən sərgidə C.Məmmədquluzadənin ictimai mühiti və müasirləri haqqında zəngin materiallar yer alıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu və 25 il kiçik fasilələrlə çap edilmiş Şərqin ilk satirik jurnalı “Molla Nəsrəddin”in materialları da sərgidə xüsusi maraq doğurub. Ümumilikdə sərgidə 40-dan çox material nümayiş olunub.
   Cəlil Məmmədquluzadənin Bakı şəhərindəki ev-muzeyinin elmi işçisi F.Hümbətova tədbir iştirakçılarına “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, “Molla Nəsrəddin”in nəşri tarixindən”, “Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin” mövzularında mühazirələr oxuyub. Tədbirdə Səngəçal qəsəbəsinin məktəbliləri, “N” saylı hərbi hissənin əsgərləri və mədəniyyət işçiləri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar