Oktyabrın 14-də Bakıdakı Atatürk liseyində “İdeal” Sülhün Təbliği Fondunun “Bu günün və sabahın sülh carçıları” layihəsinin təqdimatı oldu. Mərasimdə çıxış edən fondun təsisçisi Əlikram Müzəffər təşkilatın fəaliyyətindən danışdı. O bildirdi ki, layihənin həyata keçirilməsində məqsəd türk dünyasının ulu öndərləri Heydər Əliyev və Atatürk əxlaqında böyüyən uşaqlar vasitəsilə Azərbaycan həqiqətlərini və fondun fəlsəfəsini dünyaya tanıtmaqdır: “Bunun üçün Azərbaycanda türk liseylərində öz təlim-tərbiyəsi, təhsili ilə fərqlənən, Azərbaycanı, onun dilini, mədəniyyətini, tarixini yüksək səviyyədə bilən yeniyetmələr seçiləcək. Lider uşaqların 12 nümayəndəsinin dünya ölkələrinin prezidentləri ilə görüşünü təşkil etməyi planlaşdırırıq”.
   Fondun sədri akademik Budaq Budaqov çıxışında bütün dünyada sülhün təbliğ edilməsinin vacibliyini vurğuladı. Heydər Əliyev və Atatürkün türk xalqlarının əlaqələrinin genişlənməsində xidmətlərindən danışan akademik fondun fəaliyyətinin ölkəmizdə və dünyada mədəniyyətin, mədəniyyətlərarası və dinlərarası dialoqun, sülh hərəkatının güclənməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Onun sözlərinə görə, sülhün təbliği məqsədilə böyük iş aparılmalı, azərbaycanlı yeniyetmələrə sülhü sevən və təbliğ edən ulu öndərlərin həyat və fəaliyyətləri geniş şəkildə tanıdılmalıdır.
   Sonra iştirakçılara “Altın çağın cocuqları” adlı film təqdim olundu.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar