Oktyabrın 21-22-də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda İKT-yə üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlər tədqiq və müzakirə ediləcək.
   Konfransda Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESCO-dan nümayəndələrinin iştirakı nəzərdə tutulur.
   Azərbaycan tərəfdən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin, “Millenium Turizm Congress” turizm şirkətinin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlar keçirəcəklər.
   Konfransın açılışı oktyabrın 21-də “Ramada Plaza Ganja’” mehmanxanasında olacaq.
   






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar