Turizm İnstitutunda 18 oktyabr - Müstəqillik günü münasibətilə tədbir keçirildi. ATİ-nin Turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsir Nəsirli tədbirə toplaşanları bayram münasibətilə təbrik edərək, 1991-ci ildən bu günümüzədək müstəqil Azərbaycan Respublikasının qazandığı uğurlardan danışdı, müstəqilliyin qorunub saxlanmasında, Azərbaycanın iqtisadi potensialının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğuladı. Natiq üzünü tələbələrə tutaraq dedi: “Sizin vəzifəniz dövlətimizin möhkəmlənməsi naminə daha yaxşı oxumaq, təhsildə uğurlar qazanmaqdır. Bu tələblərə təhsilinizlə cavab verə biləcəyinizə əminəm».
   Turizmin təşkili və idarəedilməsi kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalov isə Azərbaycanın 1918-ci ildə qazandığı, 1920-ci ildə itirdiyi və 1991-ci ildə yenidən bərpa etdiyi dövlət müstəqilliyinin əhəmiyyətini tarixi faktlarla diqqətə çatdırdı.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar