Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən «Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı iki günlük beynəlxalq təlim oktyabrın 27-də başa çatdı.    

    Təlimin ikinci günü ekspertlərin məruzələri dinlənildi. Rumıniyanın «Mədəniyyət» milli radiosunun nümayəndəsi Dorin Bitfoin çalışdığı radionun təcrübəsindən danışdı: «1989-cu ildə ölkəmizdə baş verən siyasi dəyişiklikdən sonra radio verilişlərinə senzura qoyulmuşdu. Lakin sonrakı illərdə bu senzura aradan qaldırıldı və radionun layihələrində müəyyən yeniliklər edildi. Artıq qarşıda duran əsas vəzifə keyfiyyətli verilişlərin təşkili və radio verilişlərimiz vasitəsi ilə əhalinin mədəni biliklərini artırmaq idi».
   Ekspert mədəni proyektləri təkmilləşdirmək məqsədilə alternativ variantların axtarılmasını da diqqətə çatdırdı.
   Son 15 ildə Rumıniyada radionun çox böyük inkişaf yolu keçdiyini deyən qonaq müxtəlif mədəniyyət proqramlarından da bəhs etdi. O, eyni zamanda Rumıniyada radionun mədəniyyət verilişlərinin dinləyicinin bələdçisi rolunu oynadığını da vurğuladı. «Biz həm də beynəlxalq radionun uyğun olduğu standartları, inkişaf istiqamətlərini, müasir radionun tətbiq etdiyi yenilikləri öyrənirik» deyə, ekspert bildirdi.
   Dorin Bitfoin öz məruzəsində Azərbaycanda keçirilən «Mədəniyyətin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlimin əhəmiyyətindən də bəhs etdi: «Mənim üçün Bakıda olduğum bu iki gündə Azərbaycanın mədəniyyət atmosferini öyrənmək çox maraqlı idi. İstərdim ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən bu tədbir davamlı olsun».
   Rusiyanın «Kultura» (“Mədəniyyət”) qəzetinin əməkdaşı, müasir incəsənət, ədəbiyyat, kino və rok musiqisinə həsr etdiyi elmi-tənqidi məqalələri ilə tanınan İrina Kulik öz məruzəsində müasir incəsənət və onun problemlərindən danışdı: «Müasir incəsənətin də şou-biznes kimi müxtəlif sahələri var. Lakin fərq ondadır ki, şou gəlir gətirdiyi halda, müasir incəsənət heç bir gəlir gətirmir. İndi bir çox ölkələrdə müasir incəsənət muzeyləri fəaliyyət göstərir. Lakin insanlar başa düşməlidirlər ki, bu muzeyləri təkcə öz ölkəsinin incəsənət nümunələri ilə məhdudlaşdırmamalıdır. Onlar həm də beynəlxalq standartlara uyğun olmalıdır».
   İ.Kulik müasir incəsənət sahəsində jurnalistlərin rolunu da diqqətə çatdırdı: «Jurnalistlər həm nəzəri, həm də praktiki baxımdan müasir incəsənətin bir çox sahələrini bilməli və yeri gəldikdə onlara tənqidi yanaşmağı bacarmalıdır».
   Tədbirin sonunda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva «Mədəniyyətin və mənəvi dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim etdi.
   Nazir müavini belə bir tədbirin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı. 

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar