Xəbər verdiyimiz kimi, noyabrın 23-dən Bakıda “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi işə başlayıb. Sərgidə Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla, dünyanın 16 ölkəsindən 115-dən çox şirkət təmsil olunur. 
   
   Bu il sərgi meydançası 30% artıb, sərginin daimi iştirakçılarının sayı 70%-i keçib. Sərgi ərazisinin 40 faizdən çoxu iri İKT şirkətləri tərəfindən tutulub və onların əksəriyyəti “BakuTel”in daimi iştirakçılarıdır. Onların arasında “Azel”, “Azercell Telecom”, “Azerfon-Vodafone”, “Aztelecom”, “Azqtel”, “B&B TV”, “Bakcell”, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi” (BTRİB)və başqaları var.
   Sərgini ziyarət edərkən yerli iştirakçı şirkətlərin bir neçəsi ilə tanış olduq. Stendinin maraqlı dizaynı ilə seçilən «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi bildirdi ki, qurum respublikamızda poçt rabitəsi üzrə ən geniş xidmət şəbəkəsinə malik olan milli operatordur, ölkə üzrə 10 regional poçt, 58 rayon poçt filialı, 7 rayon rabitə qovşağı, 1495 poçt şöbəsi və 63 poçt agentliyi vastəsilə əhaliyə 50 növdən artıq ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərir.
   “Çaşıoğlu” multimedia mərkəzinin təmsilçisi Eldəniz Xocazadə mərkəzlərinin həyata keçirdiyi innovativ tədris mənbələrinin Azərbaycanda geniş yayıldığını dedi və bildirdi ki, bu ildən kiçikyaşlı uşaqlar üçün (www.oxuyuruq.biz) adlı saytda multimedia tədris resurslarını da təqdim edirlər: «Saytda Azərbaycan dili, tarixi, təbiət fənləri, informatika, riyaziyyat və s. fənlər üzrə multimedia dərsliklər yerləşdirilib. İstifadəçi müvafiq kartlar vasitəsilə sayta daxil olaraq tədris resurslarından istifadə edə bilər».
   Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) nümayəndəsi qeyd etdi ki, onların fəaliyyətinə dövlət, özəl, xarici radio-televiziya proqramlarının ötürülməsi və yayımı, bu sahədəki texniki vasitələrin, eyni zamanda beynəlxalq və şəhərlərarası rabitə kanallarının təşkili və bu sahədəki texniki vasitələrin istismarı daxildir. O, Cənubi Qafqaz və Yaxın Şərq ölkələri içərisində ilk dəfə Azərbaycanda rəqəmli televiziya yayımının tətbiqinə başlandığını deyən təmsilçi Bakı televiziya qülləsinin 264 metr səviyyəsində rəqəmli yerüstü TV yayım üçün İtaliyanın istehsalı olan avadanlıq quraşdırıldığını bildirdi. Onun sözlərinə görə, respublikada analoq yayımından rəqəmli yayıma keçid Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış proqrama əsasən iki mərhələdə həyata keçiriləcək.
   «SayberNET» şirkətinin meneceri Niyazi Bağırov əsas fəaliyyətləri haqqında danışaraq bildirdi ki, onlar bir sıra proqram məhsullarını təqdim edirlər: «Bunlar arasında «Kadr», «e-Kargüzarlıq» , «Nəzarət-buraxılış» və başqa proqramları təqdim edirlər. «SayberNet» «e-Kargüzarlıq» - təşkilatda daxili sənədlərin, daxil olan və xaric olan sənədlərin qeydiyyatını, arxivləşməsini təmin edən avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sistemidir. «Kadr» sistemi isə təşkilatda insan resurslarının idarə olunmasını həyata keçirir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar