Berlindəki Humboldt Universitetində bu mövzuda elmi konfrans keçirilib
   
   Dekabrın 2-də Almaniyanın paytaxtı Berlindəki Humboldt Universitetində “Azərbaycan müxtəlif mədəniyyətlərin təmas nöqtəsidir” mövzusunda elmi konfrans keçirilib. Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində keçirilən elmi konfransın işində Almaniya, Azərbaycan və bir sıra ölkələrdən olan alimlər iştirak edib. Bu ərəfədə həmin Universitetdə İçərişəhərə və Qafqaz Albaniyasının mədəni irsinə həsr edilmiş eyniadlı fotosərginin açılışı olub. Sərginin açılışında Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Mariya Aux nümayiş etdirilən fotoşəkillərin, miniatürlərin və tarixi xəritələrin əhəmiyyəti barədə məlumat verib.
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova elmi forumun iştirakçılarına təbrik nitqi ilə müraciət edib. O, Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılmasının əhəmiyyətini vurğulayıb.
   Konfransın işi seksiyalarda davam edib. Birinci seksiyada tanınmış tarixçi-alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və Alban Apostol avtokefal kilsəsi” mövzusunda məruzəsi maraqla qarşılanıb.
   Konfransın ikinci seksiyası Şərq poeziyası və orta əsrlərdə Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilib. Tədbirin üçüncü hissəsində tarix elmləri namizədi Zaur Həsənovun “Çar skifləri: Çar skiflərinin və qədim oğuzların etnik-dil identifikasiya” (İstanbul, 2009) və professor Mixael Raynhard Hessin “İmadəddin Nəsiminin ədəbi fəaliyyəti haqqında” (Aahen, 2009) əsərlərinin təqdimatı olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar