Dekabrın 1-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Mərdəkan” Xalq Teatrının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.    
   
   Əsası 1920-ci ildə qoyulan, zəngin yaradıcılıq ənənələrinə malik olan teatr fəaliyyət göstərdiyi illər ərzində müxtəlif səpkili tamaşalarla öz tamaşaçılarını sevindirib. Dünya ədəbiyyatı və Azərbaycan dramaturgiyasının nümunələrini öz səhnəsində canlandıran “Mərdəkan” Xalq Teatrı ümumrespublika, eləcə də xarici festival və müsabiqələrdə uğurla çıxış edib.
   Yubiley gecəsində teatr işçilərini təbrik etmək üçün öncə səhnəyə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev dəvət olunub. O, vaxtilə “Mərdəkan” Xalq Teatrında çalışdığını bildirib və bu teatrda zəhməti, əməyi keçən hər kəsi səmimi qəlbdən təbrik edib. Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu oxuyub.
   Sonra tamaşaçılara Əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin “Maymaq” tamaşası təqdim olunub. Tamaşanın rejissor assistenti Elgün Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Tədbirdə tanınmış teatrşünaslar, rejissorlar, aktyorlar və sənət adamları iştirak ediblər. Teatrsevərlərə 1920-ci ildə yaradılmış teatrın yaranma tarixini, yaradıcılıq işlərini və qazandığı nailiyyətləri əks etdirən kitab bağışlanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar