“Kaspi” qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsi elan edir.
   Müsabiqəyə təqdim olunan yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək. Müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirlər də qəbul olunur.
   Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-dək davam edəcək.
   Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yeri (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.
   Məqalələr «Kaspi» qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar