Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətlər göstərmiş Milli Qəhrəman Mübariz İbrahimovun, hərbi borcunu həyati təhlükə altında yerinə yetirərək igidlik göstərmiş baş leytenant Fərid Əhmədovun Vətən torpağına qovuşduqları vaxtdan 40 gün keçdi. 
   
   Həmin izdihamlı dəfn mərasimi, xalqımızın və dövlətimizin öz şəhid övladlarına göstərdiyi böyük ehtiram heç vaxt unudulmur. Şəhid hərbi qulluqçular haqqında kütləvi informasiya vasitələrində xeyli materiallar dərc edilib, şeirlər yazılıb, mahnılar bəstələnib, kitablar nəşr olunub. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin sözlərinə tanınmış bəstəkar Tahir Əkbərin bəstələdiyi “Hər birimiz Mübarizik, Fəridik!” qəhrəmanlıq balladası öz aktuallığı və peşəkarlığı ilə seçilir.
   Dekabrın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qəhrəmanlıq balladası əsasında hazırlanmış klipin təqdimat mərasimi keçirilib. Tamaşaçılar qəhrəmanlıq balladasını böyük maraqla izləyiblər. Qəhrəmanlıq balladasının təqdimat mərasimində ssenarinin müəllifi Abdulla Qurbani, bəstəkar Tahir Əkbər, Ana rolunun ifaçısı Xalq artisti Amaliya Pənahova, Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov və başqaları çıxış edərək Mübariz və Fəridin adlarının heç zaman unudulmayacağını, onların qəhrəmanlıqlarının hər bir Azərbaycan gənci üçün örnək olacağını qeyd ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar