Festivala dekabrın 19-da Heydər Əliyev Sarayında yekun vurulacaq
   
   Dekabrın 12-də start götürən IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı maraqlı konsert proqramları ilə davam edir. Qeyd edək ki, 2007-ci ildən ənənəvi olaraq keçirilən festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondudur.
   
   Dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert keçirilib. Bu dəfə səhnəyə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxıb. Murad Adıgözəlzadə (fortepiano) və Yuri Reviçin (violin) solistlik etdikləri konsertin proqramına İ.S.Baxın əsərləri daxil edilib. Konsert böyük maraqla qarşılanıb.
   
   Rostropoviçlərin ev-muzeyində musiqili gecə
   
   Festival çərçivəsində növbəti tədbir dekabrın 16-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində təşkil olundu. Tədbirdə çıxış edən muzeyin direktoru Şeyla Heydərova sənətkarın mənalı ömür yolundan, yaradıcılığından danışdı. Bildirdi ki, festival çərçivəsində keçirilən konsert proqramları ictimaiyyət tərəfindən maraqla qarşılanır.
   Sonra söz musiqiçilərə verildi. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, prezident təqaüdçüləri Rüstəm Zeynalov, Nərmin Nəcəfli, Bakı Musiqi Akademiyasının təqaüdçüləri Mustafa Mehmandarov, Anar Seyidov maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Tədbirin sonunda Avropa liseyinin şagirdlərinin ifasında Sevinc Heydərovanın “Violonçel ustadı” və “Maestro və zaman” adlı şeirləri səsləndirildi.
   Dekabrın 16-da daha bir konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin (dirijor Xalq artisti Rauf Abdullayev) təqdim olunan konsertin solisti Natalya Qutman (violonçel) idi.
   Bu gün, dekabrın 17-də festival çərçivəsində növbəti konsert də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijor Maksim Vengerovun rəhbərliyi ilə keçirilən konsertdə solist Eliso Virsaladze (fortepiano) çıxış edəcək. Dekabrın 18-də Heydər Əliyev Sarayında İsrail Filarmonik Orkestrinin (bədii rəhbər və dirijor Zubin Meta) konserti olacaq. Solist Pinchas Zukermandır (violin).
   Festivala dekabrın 19-da yekun vurulacaq. Həmin gün Heydər Əliyev Sarayında İsrail Filarmonik Orkestri və solist Rudolf Buchbinder (fortepiano) konsert proqramı ilə çıxış edəcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar