Bu günlərdə Misirin Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzi Naxçıvan Dövlət Universiteti ilə birgə “Nildən Araza sivilizasiyalar dialoqu” mövzusunda beynəlxalq konfrans keçirib.
       
   Tədbirdə Misir Ərəb Respublikasının müxtəlif universitetlərində çalışan alimlər iştirak ediblər. Onlardan biri - Süveyş Kanalı Universitetinin fəlsəfə professoru, doktor Əmir Nəccar təəssüratlarını bizimlə bölüşdü:
   - İndiyədək Azərbaycan haqqında ancaq internetdə olan məlumatlarla tanış idim. Xoşbəxtəm ki, bu əsrarəngiz ölkəni öz gözlərimlə görə bildim. Füsunkar şəhər olan Bakıya ilk baxışdan vuruldum, elə qədim diyar Naxçıvana da böyük sevgim yarandı. Konfransda çıxışlar edib fikir mübadiləsi aparmaqdan başqa bir sıra görüşlər də keçirdik, bəzi ziyarətlərimiz oldu, ölkənin mədəniyyəti ilə tanışlıq üçün imkan yarandı. Amma onu deyim ki, Azərbaycan elə böyük mədəniyyətə malikdir ki, ona dərindən bələd olmağa bir həftə vaxt çox azdır.
   Bütün xoş təəssüratlarımıza görə səfir Sabir Mənsur və Misir Mədəniyyət Mərkəzinin rəhbəri doktor Adel Dərvişə minnətdarıq. Şadıq ki, Mədəniyyət Mərkəzinin fəaliyyəti artıq təkcə Bakını əhatə etmir, ondan kənarlara da gedib çıxır. Yəqin ki, bu, dost, qardaş ölkəyə son səfərimiz olmayacaq. Azərbaycan öz əsrarəngiz təbiəti, gözəlliyi, qonaqpərvərliyi, mədəniyyəti ilə bizi elə ovsunladı ki, ürəyimizdə bu ölkəni qarış-qarış gəzmək arzusu yarandı. Onun regionlarının mədəniyyəti ilə yaxından tanış olmaq üçün bura bir daha dönməyi arzulayırıq.
   
   İradə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar