Dövlət Muğam Teatrında “Kiçik həcmli pyeslər müsabiqəsi” və “2010-cu ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. 
      
   Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev müsabiqənin əhəmiyyətindən və Prezident İlham Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, artıq üçüncü ildir bu cür mükafatlandırma mərasimləri keçirilir. Ümumilikdə bu ilin yekunlarına görə, 18 nominasiya üzrə 50 ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisinə fəxri fərman və mükafatlar verilir.
   Mərasimdə çıxış edənlər milli mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.
   Sonra müxtəlif nominasiyalar üzrə qaliblərə fəxri fərman və mükafatlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar