Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi ədəbiyyat müsabiqəsinin qaliblərinin adları məlum olub. Qalibləri müəyyən etmək üçün yaradılmış münsiflər heyətinə Xalq yazıçısı Mövlud Süleymanlı rəhbərlik edib. Komissiyanın tərkibinə Vaqif Səmədoğlu, Məmməd Oruc, Səlim Babullaoğlu, Əjdər Ol, Fərid Hüseyn və başqaları daxil olub.
   Münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı nəsr əsəri” nominasiyasında Etimad Başkeçidin “Min yol mənə söylər” və Azər Allayın “Şax yeriyənlər” kitabları Yusif Səmədoğlu adına mükafata, “Ən yaxşı şeir yaradıcılığına görə” nominasiyasında Mahir Qarayevin “Poetik silsilələr toplusu” və Vaqif Bəhmənlinin “Hamı” kitabları Əli Kərim adına mükafata layiq görülüb. “Ən yaxşı tənqid və esse” nominasiyasında isə Əsəd Cahangirin “Kim yatmış, kim oyaq” və Vilayət Quliyevin “Azərbaycanın Polşadakı siyasi mühacirlərinin irsindən” (rus dilində) kitabları Yaşar Qarayev adına mükafata, Azərbaycan Dillər Universitetinin dosenti Vilayət Hacıyev ən yaxşı tərcümə əsərinə görə (Frans Kafkanın “Məhkəmə” romanı) Tofiq Bayram mükafatına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar