Röya Tağıyeva: “Muzey təkcə gəzinti məkanı deyil, həm də bilik mənbəyi olmalıdır”
   
   Yanvarın 10-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində muzey tərəfindən hazırlanmış xüsusi təhsil proqramına uyğun «Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində» adlı təlim-seminar keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Moskva bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən təşkil olunmuşdu.
   
   Təlim-seminarı giriş sözü ilə açan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bildirdi ki, Azərbaycan xalçasının dünyada layiqli surətdə tanıdılması üçün həm dövlət, həm də qeyri-dövlət qurumları tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır: “2010-cu ilin noyabrında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, Azərbaycan xalçalarının dünya miqyasında tanınmasının daha bir bariz göstəricisi idi. Onu da qeyd edim ki, UNESCO-nun qəbul etdiyi müvafiq konvensiyalarda qeyri-maddi irs nümunələrinin məhv olunmasının qarşısını almaqla bağlı mühüm müddəalar yer alıb. Bu beynəlxalq sənədlər Azərbaycan xalçalarının da qorunması üçün mühüm önəm kəsb edir”.
   Sonra R.Tağıyeva təlim-seminarın əsas məqsədindən danışdı: “Burada əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin muzeylər vasitəsilə təbliği, bu yolla təhsilin möhkəmləndirilməsi, ənənəvi incəsənətin, sənətkarlığın, yaradıcılığın potensialını artırmaqdır. 2007-2010-cu illərdə UNESCO-nun konvensiyalarına qoşulmuş Azərbaycan mədəni irsinin mühafizəsi üzrə münbit mühitin yaradılmasını təmin edib”.
   R.Tağıyeva Azərbaycanın ənənəvi toxuculuq zonalarında xalçaçılığın inkişafı məqsədilə muzey təhsilinə aid məlumat kitabçası tərtib edildiyini, həmin kitabçanın muzey və təlim müəssisələrində yayılmasının nəzərdə tutulduğunu dedi. Həmçinin bildirdi ki, Azərbaycanın orta məktəblərində muzey işinin ayrıca fənn kimi tədris olunması üçün Təhsil Nazirliyinə müraciət edəcəklər: «Muzey işi orta məktəbdən öyrənilməli və bu sahəyə maraq artmalıdır. Bu ilin mayından orta məktəb şagirdləri üçün muzey təhsili proqramının tətbiqinə başlamaq niyyətindəyik. Mən istərdim ki, Azərbaycan Təhsil Nazirliyinin proqramlarına muzey təhsili xüsusi bir fənn kimi daxil olsun. Muzey təkcə gəzinti məkanı deyil, həm də bilik mənbəyi olmalıdır. Muzey təhsili çox ölkələrdə təcrübədən keçirilib. Biz də istərdik ki, Azərbaycanda da öz yerini tutsun. Muzey təhsilinin ənənəvi təhsildən fərqi odur ki, təlimçi işi elə qurur ki, iştirakçı şəxs özü bu təhsilə yiyələnir».
   Təlimdə Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran, Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Qəbələ, Quba və Füzuli rayonlarının müxtəlif muzeylərinin rəhbərləri iştirak edirdi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar