İstiqlal Muzeyində 20 Yanvara həsr olunmuş sərgi
   
   Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi keçirildi. 
   Sərgidə 20 Yanvar Cəmiyyətinin üzvləri, şəhidlərin ailə üzvləri, qanlı hadisənin şahidləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin müdavimləri və digər qonaqlar iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə Şəmsi bildirdi ki, SSRİ Silahlı Qüvvələri bölmələrinin Azərbaycanda milli-azadlıq hərəkatını yatırması üçün Bakıda törətdiyi qırğından 21 il keçsə də, yanvar faciəsi unudulmur. Həmin təqvim eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Direktor bu il ilk dəfə olaraq muzeydə 20 Yanvar şəhidlərindən Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyalarının nümayiş olunduğunu qeyd etdi.
   Tədbirdə Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Asif Şirinov, sərginin müəlliflərindən olan rəssam-fotoqraf Tahir Cəfərov 20 Yanvar faciəsi barədə xatirələrini bölüşdülər. Qeyd olundu ki, bu tarix heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək. İllər keçsə də faciə qurbanlarının xatirəsi anılacaq.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil nümayiş etdirilir. "Tarixə çevrilmiş şəkillər" adlı sərgi yanvarın 25-dək davam edəcək.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar