İncəsənət Muzeyində 20 Yanvara həsr olunmuş sərgi
   
   Ötən həftə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərdən ibarət sərgi keçirildi. Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər il ölkəmizdə 20 Yanvar faciəsinə həsr olunan müxtəlif tədbirlərin, mədəniyyət müəssisələrində anım mərasimlərinin təşkil olunduğunu bildirdi. 
   
   Nazir vurğuladı ki, 20 Yanvar mövzusu təkcə rəssamların, heykəltəraşların deyil, bütün yaradıcı insanların həssas yanaşdığı əbədi mövzulardandır: “Bu əsərlərin bəziləri rəssamların özlərindən alınaraq muzeyin fonduna daxil edilib və müxtəlif sərgilərdə nümayiş olunur. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir”.
   Əbülfəs Qarayev 20 Yanvar faciəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını bildirdi, bu mövzuya müraciət edən yaradıcı insanlara təşəkkür etdi: “Xalqın müstəqilliyi uğrunda canından keçən insanlar heç vaxt unudulmayacaq. Tarixi həqiqətlər nəsillərin yaddaşında, o cümlədən yaradıcılıq əsərlərində yaşayacaq. Mən mövzuya üz tutub bu çətin anları yaşayan və əsərlər yaradan insanlara minnətdarlığımı bildirirəm”.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov XX əsrdə azərbaycanlıların başına gətirilmiş qanlı olayların heç vaxt yaddan çıxmayacağını, təsviri sənət əsərlərinin 20 Yanvar, Xocalı və digər faciələrimizin gələcək nəsillərə və dünyaya çatdırılmasında mühüm rol oynadığını vurğuladı: “İnanıram ki, yaradıcı insanlar zaman-zaman bu mövzuya müraciət edəcək, yeni dəyərli sənət əsərləri yaradacaqlar”. F.Xəlilov Xocalı faciəsinin ildönümü ərəfəsində rəssamlar arasında müsabiqə elan olunacağını da qeyd etdi.
   Sonra sərgiyə baxış keçirildi. Qeyd edək ki, 20-yə yaxın müəllifin 28 boyakarlıq və qrafika əsəri, heykəltəraşlıq nümunəsi nümayiş etdirilən sərgi yanvarın 25-dək davam edib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar