Bayram tədbirlərinə hazırlıqla bağlı müşavirə
   
   Xalqımızın milli-mədəni irsinin dünyada daha geniş səviyyədə təbliğində hər il böyük coşqu ilə keçirilən və dünyanın müxtəlif ölkələrindən qonaqların maraqla izlədiyi Novruz bayramı şənliklərinin özünəməxsus yeri var. 
   
   2009-cu ildə Novruz bayramının UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, ötən il isə BMT Baş Məclisinin martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul etməsi xalqımızın milli-mədəni irsinin beynəlxalq səviyyədə təbliği və tanınmasına geniş imkanlar açıb. Hər il geniş tədbirlər, bayram şənlikləri ilə müşayiət olunan Novruz bayramı bu il daha geniş miqyasda, böyük təntənə ilə qeyd olunacaq. Bununla bağlı ciddi hazırlıqlara başlanılıb. Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Novruz bayramı şənliklərinə hazırlıqla bağlı keçirilən müşavirədə bu məsələlər müzakirə olundu. Müşavirədə 40-a yaxın şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, aidiyyəti nazirlik və təşkilatların nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdi. Tədbirdə geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, hər il olduğu kimi, bu il də Novruz bayramı tədbirlərinin yüksək səviyyədə keçirilməsinə xüsusi önəm verildiyini bildirdi. Nazir müavini vurğuladı ki, bu il Novruz bayramı tədbirləri BMT, UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatların xətti ilə bir çox ölkələrdə qeyd olunacaq. Sözügedən bayramın UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini Azərbaycanın dünya miqyasında mənəvi imicinin formalaşmasında böyük rol oynadığını deyən Ə.Vəliyev bu il bayramın daha mütəşəkkil təşkil olunması üçün dövlət səviyyəsində dəstək verildiyini, bununla bağlı təşkilat komitəsi və işçi qrupunun yaradıldığını bildirdi. Nazir müavini sonda respublika və dünya əhəmiyyətli Novruz bayramı tədbirlərinin daha mütəşəkkil və yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirdi, əlaqədar nazirlik və təşkilatlara birgə fəaliyyətlərində uğurlar arzuladı.
   Müşavirədə mədəniyyət və turizm idarələrinin kollektivlərinin, mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar