Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə ölkəmizlə bağlı 150-dək kitab hədiyyə edib. Bu məqsədlə keçirilən tədbirdə kitabxananın direktoru Mail Əhmədov, Rusiya səfiri Vladimir Doroxin, Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Mail Əhmədov bildirib ki, mədəniyyət sahəsində əməkdaşlıq və bu kimi tədbirlər Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına kömək edir.
   Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə Azərbaycan, rus və ingilis dillərində 150-dək kitab hədiyyə olunub. Hədiyyə olunan kitabların müəllifləri arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və başqaları da var. Səfir Vladimir Doroxin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyətini alqışlayıb və qeyd edib ki, Azərbaycanda dövlət səviyyəsində rus dilinə dəstək verilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar