Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda “Uşaq kino bayramı” keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaq evləri, Bakının ümumtəhsil məktəblərinin şagirdləri, məcburi köçkün ailələrindən uşaqlar iştirak edirdi. 
      
   Tədbirdə uşaqlar üçün musiqili əyləncə proqramı, “İt sərgisi”, “Tırtıl”, “Cəsur təyyarə” cizgi filmlərinin təqdimatı oldu. Eyni zamanda bu cizgi filmlərinin yaradıcıları ilə görüş keçirildi və uşaqlara maraqlı hədiyyələr verildi.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş və bu günlərdə yekun vurulan uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinin qalibləri də mükafatlandırıldı. Münsiflər heyətinin ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri müəyyən edilib. I yerə “Balaca ev” ssenarisinə görə Lalə Abbasova, II yerə “Hər işdə bir xeyir var” ssenarisinə görə Pərviz Məmmədov və “Bağa qınını bəyənmədi” ssenarisinə görə Elçin Musaoğlu, III yerə “Özgəyə quyu qazan, özü düşər” (ssenarisi Vüqar Haqverdiyev) və “Əsl insan” (ssenarisi Ayna Qəmbərova) layiq görülüb.
   Müsabiqədə I yeri tutan “Balaca ev” ssenarisi üzrə çizgi filmi 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq. II yerin sahiblərinin hər birinə 500 manat və III yerin sahiblərinin hər birinə 300 manat mükafat verildi.
   Tədbirdə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov və şöbənin böyük məsləhətçisi Almas Sultanzadə iştirak edirdi.   

   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar