Fevralın 24-də “Azərbaycanfilm” kinostudiyasında Xocalı faciəsi ilə bağlı iclas keçirilib. İclası açıq elan edən Əməkdar artist, rejissor Elxan Qasımov xalqımıza qarşı törədilən amansızlıqlara, erməni qətliamlarına bu gün də dünya ictimaiyyəti tərəfindən göz yumulduğunu qeyd etdi. Daha sonra “Azərbaycanfilm”in direktoru, Xalq artisti Xamis Muradov bu vaxta qədər kinostudiya bazasında çəkilən filmlər haqqında söz açdı: “Qarabağ müharibəsi başlanan dövrdən indiyə kimi bu mövzuda “Azərbaycanfilm” kinostudiyasında müxtəlif sənədli və bədii filmlər çəkilib. Hazırda rejissor Elxan Cəfərovun “Dolu” filminə hazırlıq başlanıb”.
   Tədbirin sonunda rejissor Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” sənədli filmi nümayiş olundu. Film Qarabağ döyüşündə həlak olan qəhrəman Fərhad Atakişiyevə həsr olunub. Filmdə Kərkicahan müdafiəçiləri arasında 1991-ci il dekabrın 28-də əsr düşmüş Fərhad Atakişiyevin faciəli ölümü göstərilir.   

 Yeganə