Fevralın 24-də Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin 130 illik yubileyi münasibətilə şairin mənzil-muzeyində tədbir keçirildi.  
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin Muzey işi bölməsinin müdiri Pakizə Almazova, A.Zeynallı adına Musiqi Kollecinin, A.Şaiq adına kitabxananın, S.Vurğun, C.Məmmədquluzadə, L. və M.Rostropoviçlər, N.Nərimanov, C.Cabbarlı, M.S.Ordubadi, Musiqi Mədəniyyəti muzeylərinin nümayəndələri, həmçinin elm xadimləri, ziyalılar iştirak edirdilər.
   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru Alxan Bayramoğlu Abdulla Şaiqin həyat və yaradıcılığı haqda danışdı.
   Ədibin yeni “Tülkü həccə gedir” miniatür kitabı Miniatür Kitab Muzeyi tərəfindən təqdim edildi. A.Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə kitabın ərsəyə gəlməsində əməyi olan Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovaya minnətdarlığını bildirdi. Tədbirdə həmçinin 20 yaşı qeyd olunan Abdulla Şaiqin mənzil-muzeyinin yaranması, fəaliyyəti, gördüyü işlərdən bəhs olundu.
   Daha sonra A.Şaiqin qəzəlləri üstündə muğam ifa olundu, şairin şeirləri səsləndi.   

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar