Fevralın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Alla Bayramova açdı. Sonra muzeyin direktor müavini Təranə Qurbanova Xocalı faciəsindən danışaraq bildirdi ki, bu hadisə erməni silahlı dəstələrinin törətdiyi insanlıq əleyhinə cinayətdir: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bu faciəyə hüquqi-siyasi qiymət verildi. Hər il Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlət tərəfindən tədbirlər həyata keçirilir. Bakıda, digər şəhər və rayon mərkəzlərində, həmçinin xarici ölkələrdə diasporlarımızın maddi və mənəvi dəstəyi ilə Xocalı qurbanlarına abidələr ucaldılıb, xarici dillərdə kitablar dərc edilib. Bu faciə haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilib... Əminik ki, yaxın gələcəkdə Xocalı faciəsi öz beynəlxalq hüquqi-siyasi qiymətini alacaq”.
   Sonra “Günay” Uşaq Teatrının ifasında faciəyə həsr olunmuş tamaşa göstərildi. Daha sonra bəstəkar, Xalq artisti Nəriman Məmmədov Xocalı soyqırımına həsr etdiyi əsəri haqqında danışdı. Tədbirdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, Bakı Musiqi Kollecinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar