Martın 7-də Xalq yazıçısı İsmayıl Şıxlının uzun illər yaşadığı binanın qarşısında (Üzeyir Hacıbəyov küçəsi, 27) xatirə barelyefinin açılış mərasimi keçirildi. Mərasimdə elm, mədəniyyət, incəsənət xadimləri, yazıçı və şairlər iştirak edirdilər. 
   
   Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev unudulmaz sənətkarın həyat və yaradıcılığı barədə məlumat verdi: “Özünə ədəbiyyat və mədəniyyət tarixində ömürlük səhifə yazan İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının ən parlaq simalarındandır. Yazıçının məşhur “Dəli Kür” romanı və roman əsasında çəkilən eyniadlı film onu milyonların sevimlisinə çevirib. Onun əsərləri bundan sonra yüz illər boyu yaşayacaq”.
   Azərbaycan Yazıçılar Birliyinin Sədri, Xalq yazıçısı Anar çıxışında qeyd etdi ki, İsmayıl Şıxlı ədəbiyyatımızda şah əsərlər yaradan qələm sahiblərindən biridir: “İsmayıl Şıxlı tək yazıçı kimi yox, həm də kübar bir insan kimi yaddaşlarımıza həkk olunub”.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıçının “Cəbhə gündəlikləri”ndən tutmuş “Mənim ölən dünyam” əsərinə qədər böyük yaradıcılıq yolu keçdiyini vurğuladı.
   Akademik Teymur Bünyadov, ədibin “Ölüləri qəbiristanlıqda dəfn edin” əsərinə səhnə quruluşu verən rejissor Rövşən Almuradlı dəyərli əsərlər yaratmış yazıçının şəxsiyyətinin böyüklüyündən bəhs etdilər.
   “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə vaxtilə görkəmli sənətkarla bir kollektivdə işləməsindən danışdı və onun pedaqoji fəaliyyətini diqqətə çatdırdı.
   Yazıçının oğlu, tanınmış jurnalist Elçin Şıxlı atasının xatirəsini əbədiləşdirmək məqsədilə imzaladığı sərəncama görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
   Sonda heykəltəraş Natiq Əliyevin hazırladığı xatirə barelyefinin açılışı oldu. 

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar