Qubada “Qubanın sənət inciləri” adlı sərgi, “Quba xalça məktəbinin ənənələri və onun digər sənət sahələrinə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, “Dvv international” Azərbaycan nümayəndəliyinin milli koordinatoru İskəndər Sadiq, Quba rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və rayonda fəaliyyət göstərən muzey rəhbərləri iştirak edib. R.Tağıyeva bildirib ki, layihənin əsas məqsədi mövcud muzeyləri təhsilin fəal məkanlarına çevirmək üçün ölkədəki mədəni və təhsil institutları heyətlərinin bacarıqlarının artırılmasına dəstək verməkdir.
   Qeyd edək ki, 2009-cu ildən başlayaraq Azərbaycanda Avropa Komissiyasının “İnsanlara sərmayə: yerli mədəniyyətə doğru, mədəni müxtəlifliyin qorunması və təbliğatı” proqramı çərçivəsində “Muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” mədəniyyət layihəsi həyata keçirilir. 30 ay müddətinə nəzərdə tutulan regional layihəni ölkəmizdə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi həyata keçirir. Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən layihə çərçivəsində Bakı, Şəki, Astara və Qubada tədbirlər nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar