Martın 15-də Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Oqtay Sadıqzadənin yaradıcılığından ibarət sərgi açıldı. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşkil etdiyi sərgidə Oqtay Sadıqzadənin 100-dək boyakarlıq və qrafika əsəri nümayiş etdirilir.    

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oqtay Sadıqzadəni Azərbaycan rəngkarlıq məktəbinin patriarxlarından biri kimi qiymətləndirdi: “Onun yaradıcılıq yolu bizim gənc nəslə, yaradıcı insanlara örnəkdir. Rəssamın əsərlərində janr müxtəlifliyi, özünəməxsus yanaşma tərzi ondan xəbər verir ki, Oqtay Sadıqzadə daima axtarışda olub, zəngin sənət nümunələri yaradıb. Bu sərgi 10 gün davam edəcək və tamaşaçılar Azərbaycan rəngkarlıq məktəbinin gözəl nümunələri ilə tanış olacaqlar”.
   Nazir sərgini mədəniyyət sahəsində əlamətdar hadisə kimi dəyərləndirərək, yubilyara yeni yaradıcılıq uğurları arzuladı.
   Oqtay Sadıqzadə ona göstərilən diqqətə görə sərginin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
   Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də tanınmış ədiblər - yazıçı Seyid Hüseyn və şair Ümmügülsüm xanımın ailəsində dünyaya gəlib. 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirib. Rəssamın əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda sərgilərdə uğurla nümayiş etdirilib, milli mədəniyyətimizin təbliğinə xidmət göstərib.
   Görkəmli fırça ustasının bədii yaradıcılıq fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, o, Xalq rəssamı fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2011-ci il 24 fevral tarixli sərəncamı ilə rəssam “Şərəf” ordeni ilə təltif edilib.
   Oqtay Sadıqzadənin əsərləri ölkəmizin müxtəlif muzey və qalereyalarında, Moskvadakı Tretyakov Qalereyasında, Orenburq, Lvov, Ulyanovsk şəhər muzeylərində saxlanılır, Almaniya, ABŞ, Kanada, İsrail və s. ölkələrdə şəxsi kolleksiyaları bəzəyir.    

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar