Martın 30-da BMT-nin Cenevrədə yerləşən bölməsinin Baş Qərargahının binasında Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilib. Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildiriblər ki, tədbir BMT Baş Məclisinin 64-cü sessiyasının ölkəmizin irəli sürdüyü təklif əsasında qəbul etdiyi “Beynəlxalq Novruz Günü” adlı qətnaməyə uyğun olaraq reallaşıb.
   BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze tədbirdə çıxış edərək Novruz adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, bu bayramın dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd edib. O, tədbirin təşkilində iştirak etmiş 7 ölkənin daimi nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın nümunəsi kimi səciyyələndirib.
   Azərbaycanın daimi nümayəndəliyi tərəfindən xonçalarda təqdim edilmiş şirniyyat və milli mətbəx nümunələri - paxlava və şəkərbura, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı video və fotoşəkillərdən ibarət sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanıb, tariximizin, mədəniyyətimizin, incəsənətimizin, həmçinin mətbəximizin zənginliyinə heyran qaldıqlarını bildiriblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar