Martın 31-də Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Qara bayram” sənədli-bədii filminin təqdimatı keçirildi. 
   
   Ekran əsəri üçseriyalı “Mart hadisələri, yaxud qara oyunlar” filminin ikinci hissəsidir. Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Azad Vəliyevdir.
   Film 1918-ci il martında xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırımı hadisələrindən bəhs edir.
   Təqdimat mərasimində çıxış edən millət vəkili Sabir Rüstəmxanlı filmdə əks olunan hadisələrin xalqımızın qan yaddaşı olduğunu vurğuladı: “Uzun illər bu tarix gizlədilib, bu acı həqiqətləri xalqa çatdırmaq istəyənləri isə cəzalandırırdılar. Müstəqillikdən qazandıqdan sonra bu tarixi faktlar üzə çıxarıldı”.
   Tarixçi alim Cəbi Bəhramov dövrün hadisələrinin aşkarlanması baxımından filmin uğurlu olduğunu dedi: “Belə filmlərə ehtiyac çoxdur. Bu ekran əsərlərinin xarici dillərə tərcümə edilməsi vacibdir”.
   Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Rejissor Mehriban Ələkbərzadə ekran əsərinin ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi, filmin hazırlanmasına yardım etmiş tarixçi alimlərə, Milli Arxiv İdarəsinə minnətdarlıq etdi. Ssenari müəllifi Nadir Bədəlov bildirdi ki, filmdə bəhs olunan hadisələr 1918-ci ilin Novruz bayramı ərəfəsində baş verdiyi üçün ekran əsəri “Qara bayram” adlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar