Azərbaycan və Özbəkistan sənətkarlarının iştirakı ilə “dəyirmi masa”
   
   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycan Xalçaçıları” İctimai Birliyi və Özbəkistanın “Meros” Assosiasiyasının birgə təşkilatçılığı ilə “Xalq sənətkarlığının inkişafı mədəniyyətlərarası dialoq kontekstində” mövzusunda dəyirmi masa keçirildi.
   
   İki xalqın maddi-mədəni sərvəti olan xalq yaradıcılığını, qədim sənət nümunələrini yad təsirlərdən qorumaq, onu daha geniş təbliğ etmək məqsədilə keçirilən tədbirdə “Müasir dövrdə milli bədii sənətkarlıq mədəniyyətlərarası dialoq aspektində”, “Milli sənətkarlıq mədəni turizmin hissəsi kimi”, “Ənənəvi sənətkarlığın qorunması, inkişafı, öyrənilməsi və təbliği üçün müştərək beynəlxalq layihələrin işlənməsi” mövzularında müzakirələr aparıldı.
   Muzeydə həmçinin Azərbaycan və Özbəkistan xalçaçılarının, qədim sənət növləri ilə məşğul olan el sənətkarlarının əl işlərindən ibarət sərgi açılmışdı. “İllərdə yaşayan ənənələr” adlı sərgidə hər iki ölkənin bədii-sənətkarlıq nümunələri ilə yanaşı, fondlardan seçilmiş XIX-XX əsrlərə aid sənət əsərləri - qurama, təkəlduz, güləbətin, qələmkar texnika ilə işlənmiş bədii tikmələr, batika, taxtadan hazırlanmış şəbəkə, mücrü, ağac üzərində oyma nümunələri nümayiş olunurdu.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar