Bəkir Nəbiyev,
   akademik, AMEA-nın Nizami adına Ədəbiyyat
   İnstitutunun direktoru

   
   - Biz elə bir zamanda yaşayırıq ki, iki proses bir-birini daban-dabana izləyir və çox gərgin mübarizədədir. Bu proseslərdən biri - müasir dünyamızda dağıdıcılıqla, pozuculuqla, ara qarışdırmaqla, nəinki ayrı-ayrı insanlar, hətta bütövlükdə dövlətlər, cəmiyyətlər, mədəniyyətlər arasında münasibətlərə intriqa salmaqla bağlıdır. Buna zidd olan ikinci bir proses isə məhz dialoqlar, qarşılıqlı əlaqələr və münasibətləri inkişaf etdirmək niyyətlərini güdür. Mən çox böyük qürur hissi ilə deyirəm ki, bu gün dünyanın çox tanınmış və yetkin xarici siyasət aparan ölkələrindən biri olan müstəqil Azərbaycan ikinci yolla gedən dövlətlər cərgəsindədir. Ölkəmiz dünyada dialoq və anlaşmaya öz töhfəsini verir.
   Bu sözləri Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikirlərini bölüşən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev deyib.
   Akademik vurğulayıb ki, bu gün Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki uğurlar dövlətimizin başçısının tutduğu düzgün və dəqiq siyasi xəttin məntiqi nəticəsidir. Heç də təsadüfi deyildir ki, Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir.
   Bu forum öz miqyası etibarilə çox geniş coğrafiyanı əhatə edir. Mən eşidəndə ki, bu möhtəşəm tədbirdə dünyanın 5 qitəsindən 400-dən çox qonaq iştirak edəcək, bir daha fərəhləndim. Ona görə ki, bu insanların sırasında elm adamları, mədəniyyət xadimləri, sülhsevər dövlətlərin nümayəndələri olacaqlar. Azərbaycanın elm adamları, ziyalılarımız Forumda öz sözlərini deyəcəklər. Mən Forumun işinə uğurlar arzulayıram.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar