Həsən Şəkərci,
   iraqlı musiqişünas
   
   - Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət almaqdan böyük məmnunluq hissi keçirirəm. Mədəniyyət bütün xalqların inkişafının və sülhün bərqərar olunmasının mühüm göstəricisidir. Bu fikri Bakı Forumunun iştirakçısı, iraqlı musiqişünas Həsən Şəkərci deyib.
   Bir qədər əvvəl Azərbaycan paytaxtında keçirilən muğam festivalında iştirak etdiyini deyən musiqişünas belə möhtəşəm incəsənət tədbirlərinin keçirilməsinin Azərbaycan xalqının sivilizasiyasının və zəngin mədəniyyətinin tanınmasına əyani sübutdur: “Bu rəsmi dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz burada bir daha Azərbaycan xalqının xoşməramlı xalq olmasına şahidlik etdik”.
   Mədəniyyətin dünyada sülh və anlaşmaya xidmət etdiyini vurğulayan iraqlı alim Dünya Mədəniyyətlərarası Dialoq Forumundan mühüm nəticələr gözlədiyini deyib. “İnsana nə qədər güc, silah verilsə belə heç vaxt zorakılığın və terror əməllərinin qarşısını ala bilməz. Bu əməllərin qarşısını yalnız və yalnız mədəniyyətin gücü ilə almaq mümkündür. Xalqların mədəni səviyyəsi artdıqca onlar zorakılıqdan uzaqlaşır, dialoqa yaxınlaşır. Mən şəxsən Azərbaycan Prezidentinə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsində göstərdiyi təşəbbüsə görə öz təşəkkürümü bildirirəm. İnanıram ki, Bakı Forumu dünyada sülhün bərqərar olunmasına, terrorun bütün növlərinin və zorakılığın aradan qaldırılmasına xidmət edəcək”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar