Fuad Məmmədov,
   kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət
   Assosiasiyasının prezidenti

   
   - Azərbaycan dövlətinin, ölkə prezidentinin belə bir forumun keçirilməsi barədə təşəbbüsü çox təqdirəlayiqdir. Çünki dünyanı xilas edə biləcək bir qüvvə varsa, o da yalnız mədəniyyətdir. Mədəniyyət insanların biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti deməkdir. Bu keyfiyyətlər istənilən millətdə, cəmiyyətdə, ölkədə, dövlətdə nə qədər çox olsa, bir o qədər o dövlətin strateji kapitalı qüdrətli olar. Təbii ki, hər bir ölkə öz daxilində gözəl siyasət aparmaqla, mütəşəkkil idarəetmə sistemi yaratmaqla, istehsalat proseslərini sistemli şəkildə həyata keçirməklə çox üstünlüklərə malik ola bilər. Amma bunlar kifayət deyil. Çünki dünya mədəniyyəti və sivilizasiyası vahiddir. Sadəcə olaraq, bunları milli mədəniyyətlərə bölmək olar. Təbii ki, bu milli mədəniyyətlər və sivilizasiyalar da bir-biri ilə bağlıdır və bir-birindən bu və ya digər dərəcədə asılıdır. Bu baxımdan belə bir forumun keçirilməsi Azərbaycanın milli maraqlarına cavab verir və eyni zamanda beynəlxalq münasibətlər nöqteyi-nəzərdən qlobal problemlərin həll olunması, beynəlxalq idarəetmə baxımından çox önəmlidir.
   Mədəniyyətlərarası dialoqun alternativi yoxdur. Bu dialoqun ən vacib vəzifələrindən biri əməkdaşlığın, qarşılıqlı anlaşmanın, dostluğun, xeyirxahlığın yaranmasıdır. Yəni bu psixoloji mədəni iqlimin yaranması Azərbaycan, eləcə də digər ölkələr üçün çox vacibdir. Bu, əlbəttə, çox mürəkkəb prosesdir. Dialoqun effektiv olması üçün hər iki tərəfin yüksək mədəni səviyyəsindən əlavə, mütləq anlayış və kateqoriyalar səviyyəsində müəyyən ümumi fikir olmalıdır. Konstruktiv və səmərəli mədəniyyətlər dialoqunu aparmaq üçün mədəniyyətin elmi anlayışı əsas götürülməlidir. Mədəniyyət insan tərəfindən təbiəti, özünü və cəmiyyəti dərk edib dəyişmə prosesidir. Əldə olunan nəticə əqli və mənəvi, maddi dəyərlər və normalar toplusudur. Bu baxımdan elmi yanaşmada mədəniyyəti düzgün dərk etdikdə çox böyük və yeni imkanlar açılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar