Mikayıl Cabbarov,
   Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi
   
   - Müasir qloballaşma şəraitində mədəniyyətlərin dialoqu vacib amillərdən biridir. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun məhz Bakıda, Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi bir yerdə keçirilməsi olduqca əhəmiyyətli və eyni dərəcədə təbii hadisədir. Çünki müxtəlif mədəniyyətləri, dinləri və dilləri təmsil edən insanların sərbəst və dinc şəraitdə yaşadığı Azərbaycan bu gün bütün dünyaya mədəniyyətlərarası dialoqun mövcud olduğu, həm də bir çox uğurlu təşəbbüslər əsasında beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nümunə ola bilər.
   Bakı Forumu Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünün məntiqi davamıdır. Forum çərçivəsində müzakirə ediləcək məsələlərin, diskussiyaların əhatə dairəsini, onların beynəlxalq ictimaiyyət üçün vacibliyini nəzərə alsaq, bu forumdan gözləntilərin böyük olduğunu deyə bilərik.
   Bu həm də forum iştirakçılarının üzərinə mühüm məsuliyyət qoyur. Bu toplantıda əldə edilən nəticələr gələcəkdə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun davamlılığını təmin etməli, onun inkişafı üçün təkan verməlidir.
   Bakı Forumunun sonda uğurla nəticələnəcəyinə və dünyada mədəniyyətlərarası dialoqun daha da genişlənməsinə böyük töhfələr verəcəyinə inanaraq bütün iştirakçılara uğurlar arzu edirəm.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar