Hidayət Orucov,
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
   
   - Müasir dünyamız ciddi problemlər yaşamasına baxmayaraq bizi əhatə edən aləmdə bəşəri məsələlər barədə diskussiyalar aparmaq, sosial-siyasi qarşıdurmaların dinc yolla həllinə nail olmaq meyli getdikcə güclənməkdədir. Hətta ayrı-ayrı bəhanələrlə süni ziddiyyətlər yaradan, beynəlxalq qanunlara fərqli yöndən yanaşaraq işğalçılıq ehtirası ilə yaşayan “mədəniyyət” sahibləri də dialoq formatında problemin həllinə ümid edirlər.
   Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib.
   Komitə sədri vurğulayıb ki, ümumdünya ictimai fikri plüralizmə əsaslanan mədəniyyətlərarası dialoqu dünyəvi iş forması olmaqla yanaşı həm də dinin tələblərinə uyğun hesab edir, onların qarşılıqlı bağlılığını dəstəkləyir. Bunu onunla izah etmək olar ki, hər mədəniyyətin tərkibindəki dini dəyər onu zənginləşdirən mənsubiyyətdir. Bu mənada yüksək mədəniyyət göstəricisidir. Ona görə də Bakı Forumu çərçivəsində nəzərdə tutulmuş tematik mövzulardan birinin “Dialoq dünya dinləri arasında və onların sırasında” adlandırılması zamanla səsləşir.
   “Bu gün etnik-dini müxtəlifliklər üzərində formalaşmış dünya mədəniyyətinin hər bir üzvü qarşılıqlı münasibətlər fonunda bir-birindən bəhrələnmək arzusundadır. Gələcək dünya müasirlərimizin dünya dinləri arasında, eləcə də din daxilində dialoqundan asılıdır.
   Son illərin sosial dəyərlər sistemində gedən dəyişikliklər göstərib ki, dünya öz problemlərini nəzəri cəhətdən dərk edir, lakin məsələnin həllinə gəldikdə çatışmazlıqlar çoxdur. Beləliklə, həyat bizə qlobal problemlərə birlikdə elmi-mədəni müdaxilə məntiqini diktə edir. İnanıram ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumunda əsas diqqət məhz mədəniyyətlərarası və dinlərarası dialoqun texnologiyasına yönəldiləcək”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar