Aprelin 5-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Dil mədəniyyəti - səhnədə və ekranda” adlı “dəyirmi masa” keçirildi. 
   
   Tədbirin açılışında çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov Azərbaycan dilinin xüsusiyyətləri haqda danışdı: “Bizim vəzifəmiz nitq mədəniyyəti, qaydalar, dilin zənginləşdirilməsi, formalaşmasını təmin etmək və dilimizi gələcək nəsillərə layiqincə çatdırmaqdır”.
   Sonra Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının baş müəllimi Könül Axundova “Bədii qiraətin səciyyəvi xüsusiyyətləri” mövzusunda çıxış etdi. O, nitq qüsurları, şivə problemlərini önə çəkərək Azərbaycan dilinin problemləri haqda məlumat verdi, dilçilik, səhnə danışığı haqda televiziya verilişlərinin hazırlanması, müvafiq mərkəzlərin yaradılmasının vacibliyini vurğuladı. Tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Ədəbi tələffüz məsələləri” mövzusunda fikirlərini bildirdi: “Media sisteminin dili nümunəvi dil sayılır. Buna görə də, media dili ədəbi norma və qaydalara daha çox önəm verməli, düzgün tələffüz qaydalarına əməl etməlidir. Dilin tətbiqi sahələrini genişləndirməli, üslubları inkişaf etdirməliyik. Dil canlı mexanizmdir və bu mexanizmi aktiv işlətməliyik”.
   Media eksperti, Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli “Bədii dilin normallaşdırılması” mövzusunda çıxış etdi: “Dilin inkişafı üçün bölgələr arasında iqtisadi, mədəni və s. əlaqələr inkişaf etməlidir. Dilin normal inkişafı üçün dərsliklər, onlayn materiallar hazırlanmalı, dilçilik, nitq mədəniyyəti haqda maarifləndirici filmlər çəkilməlidir. Bu mövzuda məktəblər, universitetlər arasında müsabiqələrin təşkil olunması inkişafa şərait yarada bilər”.
   Müzakirələrdə dövlət teatrlarının, habelə Bakıdakı xalq teatrlarının nümayəndələri də iştirak edirdilər. 

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar