Elşad İsgəndərov,
   İslam Konfransı Təşkilatı Gənclər
   Forumunun baş katibi

   
   - Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Mədəniyyətlərarası Alyansı, İslam Konfransı Gənclər Forumu və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Gənclər Mədəniyyətlərarası İttifaq Uğrunda beynəlxalq hərəkatı təsis olunacaq.
   Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib ki, bu hərəkat 2007-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə beynəlxalq konfransda irəli sürülüb. Bu hərəkat hazırda mədəniyyətlər və sivilizasiyalararası münasibətlərdə olan problemli məsələlərlə məşğul olur. Hər il hərəkatın beynəlxalq forumları keçirilir. Hərəkat ümumiyyətlə mədəniyyətlər arasındakı problemləri aradan qaldırmağa çalışır və bu prosesdə gənclərin fəal rolunu nəzərə alaraq BMT-nin bu istiqamətdə qurduğu ilk struktur beynəlxalq hərəkat olacaq. Bunun Azərbaycan tərəfindən təklif edilməsi və ölkəmizdə keçirilməsi mədəniyyətlərarası, sivilizasiyalararası alyans sahəsində ölkəmizin mühüm addımlarından biri olacaqdır. Layihə Azərbaycanı mədəniyyətlərarası tolerantlığın ünvanı kimi təqdim edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar