Aprelin 9-da “Gülüstan” sarayında Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu formatında tədbir keçirildi.
   
   “MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya” mövzusunda keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açdı. Nazir MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini dedi. Qeyd olundu ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edən Bakı MDB Humanitar Əməkdaşlıq Fondunun tədbirlərinin keçirilməsi üçün daimi məkana çevrilə bilər.
   Azərbaycanın Rusiyadakı səfiri, MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu Bakıda belə bir mötəbər Forumun təşkil edilməsinin üstünlüklərindən danışdı. Səfir MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaranma tarixi və fəaliyyətindən də bəhs etdi.
   Tədbirdə tanınmış azərbaycanlı rəssam, UNESCO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədova Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki vəsiqəsi təqdim olundu.
   Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin həmsədri Mixail Şvıdkoy Bakı Forumunda çox vacib məsələlərin müzakirə edildiyini nəzərə çatdırdı. Hazırkı dövrdə mədəniyyətlərarası dialoqa daha çox ehtiyacın olduğunu qeyd edən M.Şvıdkoy tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi.
   Görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenov bildirdi ki, Bakı belə bir möhtəşəm tədbirin keçirilməsi üçün layiqli şəhərdir. O.Süleymenov qeyd etdi ki, SSRİ-nin süqutundan sonra bir çox respublikalarda mədəniyyətlərarası dialoq olmasa da, bu məsələyə Azərbaycanda hər zaman böyük əhəmiyyət verilib və burada həmişə dialoq mövcud olub: “Bu dialoq hətta özünü Bakının arxitekturasında da büruzə verir. Mən başqa şəhərlərə səfər edəndə həmin şəhərləri məhz Bakı ilə müqayisə edirəm”.
   TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və digər çıxış edənlər Forumun müzakirə edilən məsələlərin aktuallığına görə tarixə düşdüyünü vurğuladılar.
   Tədbirdə həmçinin Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarusdan olan alimlər, mütəxəssislər müxtəlif mövzularla bağlı çıxış etdilər.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar