Azərbaycanın Xalq yazıçısı Elçinin əsərləri bir çox xarici dillərə tərcümə edilərək nəşr olunub, pyesləri müxtəlif ölkələrin məşhur teatr səhnələrində tamaşaya qoyulub. Serbiya oxucuları indiyədək Elçinin əsərləri ilə yalnız dövri mətbuatdan tanış idilər.
   Bu günlərdə isə Xalq yazıçısının “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları Belqradın “İnternational Business Service” nəşriyyatı tərəfindən “Ölüm hökmü” adı ilə kitab şəklində nəşr edilib. Hər üç romanı serb dilinə Nina Polih və Qradimir Polih birlikdə tərcümə ediblər.
   Yüksək poliqrafik səviyyədə nəşr edilmiş geniş formatlı, 614 səhifəlik kitabın “Ön söz”ündə Elçinin romanları dünya kontekstində yüksək qiymətləndirilir, onların bədii-estetik xüsusiyyətləri göstərilir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar