Aprelin 8-də Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının “Mədəniyyətlərarası şəhərlər” birgə proqramı təqdim edildi. “Şəhərlərdə müxtəlifliyin idarə edilməsi: şəhər mədəniyyətlərarası siyasətə doğru” devizi altında təşkil olunan təqdimata sədrlik edən “Mədəniyyətlərarası şəhərlər” layihəsinin müəllifi Fil Vud (Böyük Britaniya) qloballaşma dövründə şəhərlərdə azlıqların və miqrantların cəmiyyətə inteqrasiyasının daha səmərəli olmasına böyük ehtiyac duyulduğunu bildirdi: «Bu baxımdan tərtib olunan proqram mədəniyyətlərarası inteqrasiyaya aid konsepsiya və təcrübənin inkişaf etdirilməsi üçün sınaq layihəsi kimi 2008-ci ildə irəli sürülüb və tətbiq olunduğu bir sıra şəhərlərdə uğurla nəticələnib. Bu il “Mədəniyyətlərarası şəhərlər” proqramının yeni mərhələsi başlayacaq. Azərbaycanın şəhərləri də gələcəkdə bu proqrama üzv ola bilərlər».
   Rusiyanın İjevsk Şəhər Şurasının sədri Aleksandr Uşakovun sözlərinə görə, şəhərlərarası mədəniyyət dialoqu bir mübadilədir. Bu, özfəaliyyət kollektivlərinin, mədəniyyət xadimlərinin mübadiləsi də ola bilər.
   Meksikanın kənd bölgələrinin inkişafı və bərabərlik işləri naziri Mariya Roza Markes Kabrera, Ukraynanın Melitopol şəhər merinin müavini Olena Dubinina, Polşanın Lyublin şəhər merinin müavini Vlodimir Vısoçki, “Gürcüstan-Azərbaycan dostluq evi” təşkilatının rəhbəri Giuli Alasaniya şəhərlərdə müxtəlifliyin aradan qaldırılmasında proqramın önəmini vurğuladılar. Çıxışlarda müasir şəhərlərin idarəçiliyində müxtəlifliyin nəzərə alınmasının vacibliyi bildirildi və şəhərlərə innovativ fikirlərin cəlb olunması baxımından azlıqların və miqrantların potensialından düzgün istifadə olunmasının əhəmiyyəti qeyd edildi.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar