Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasında “Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi” adlı hesabat dinlənilib.    
   
   Lüksemburqlu deputat An Brasör tərəfindən hazırlanmış hesabat ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib. Millət vəkili mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dünyada ən aktual mövzulardan biri olduğunu bildirib.
   Natiq Ermənistanın Azərbaycana qarşı təcavüzünün milli düşmənçilik, ksenofobiya üzərində qurulduğunu deyib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib, azərbaycanlılara məxsus məscidlər dağıdılıb, tarixi-mədəni abidələr məhv edilib. Biz dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq”.
   Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir: “Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilib. Bu günlərdə Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və burada mədəniyyətlərarası dialoqa önəmli töhfə verəcək müzakirələr aparıldı və qərarlar qəbul edildi. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar