Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu gün 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib. Əlamətdar gün ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur.
   
   Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda seminar keçirilib. Tədbir iştirakçıları “Məhəmməd məscidi”, “Dini memarlıq kompleksi - Xanəgah”, “Numizmatik muzey ekspozisiyası” abidələrinə, Bakı, Abşeron, Naxçıvan və Qarabağ abidələrinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov qeyd edib ki, İçərişəhər tarixən təkcə paytaxt abidələrinin cəmləşdiyi yer deyil, həm də sənətkarlar mərkəzi olduğunu, hazırda bu məkanın müasir turizm mərkəzinə çevrilməsi ilə əlaqədar işlər aparıldığını deyib.
   Seminarda AMEA Memarlıq və İncəsənət İnstitutunun direktorunun müavini, sənətşünaslıq doktoru Kübra Əliyevanın “Bakı-Abşeron xalçaçılıq məktəbi”, “İçərişəhər” idarəsinin Elmi Tədqiqatlar və Beynəlxalq Əlaqələr Şöbəsinin sektor müdiri, tarix elmləri doktoru Kamil İbrahimovun “Qız Qalası yaxınlığındakı müqəddəs tarixi məkan - turizm obyekti kimi”, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Kamal Əliyevin “Qədim Bakının antik dövr tarixi”, “İçərişəhər” Elmi-Mədəni Mərkəzin Elm Şöbəsinin əməkdaşı, tarix elmləri namizədi Qənirə Pirquliyevanın “İçərişəhərdə turizmin inkişafında numizmatika muzeyi ekspozisiyasının rolu” mövzusunda məruzələri dinlənilib.
   Həmin gün “Şirvanşahlar Sarayı Kompleksi”ndə məktəblilərin iştirakı ilə Azərbaycanın memarlıq abidələrindən bəhs edən bədii kompozisiya da təşkil olunub. Burada memarlardan Elturan Avalov və Qəzənfər Əlizadənin qrafik və sulu boya ilə işlənmiş rəsm əsərləri sərgilənib. “Şirvanşahlar Sarayı Kompleksi”nin direktoru Rəna Rzayeva memarlıq abidələrinin mühafizəsinin əhəmiyyətindən danışıb
   
   * * *
   18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Gəncliyə Yardım Fondunda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının təşəbbüsü və Milli İcmaların Koordinasiya Şurası ilə birgə konfrans keçirilib.
   Tədbirdə milli mədəniyyətin möhkəmləndirilməsində tarixi abidələrin rolu, onların qorunmasının vacibliyi vurğulanıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar