Azərbaycan Kinematoqrafçılar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yeni layihəyə başlayıb. 
   Kinematoqrafçılar İttifaqının Kino yayımı və təbliğatı şöbəsinin müdiri Gəray Əlibəyovun verdiyi məlumata görə, layihənin həyata keçirilməsində məqsəd müasir Azərbaycan kinosunun uğurlarını təbliğ etmək, tamaşaçıların, xüsusilə də bölgələrdə ictimaiyyətin kino sahəsində maarifləndirilməsinə nail olmaqdır.
   Layihə çərçivəsində ilk olaraq Xızı və Siyəzən rayonlarının mədəniyyət evlərində 2000-ci ildə istehsal olunan “Güllələnmə təxirə salınır” filminin təqdimatı olub. Tədbirdə filmin ssenari müəllifi və rejissoru Ələkbər Muradov film haqqında iştirakçılara məlumat verib. Növbəti təqdimat Şabran rayonunda olacaq. Aprelin 25-də rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Niyyət” filmi rayon ictimaiyyətinə təqdim olunacaq.
   Qeyd edək ki, layihəyə əsasən il ərzində Azərbaycanın 48 regionunda son illər istehsal olunmuş yeni filmlərimiz nümayiş olunacaq, təqdim olunan filmlərin yaradıcı qrupları ilə görüşlər təşkil ediləcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar