Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində «Türk dünyası» folklor mərkəzinin təşkilatçılığı ilə «Milli cazın xüsusiyyətləri» adlı tədbir keçirilib. 
   Tədbirdə giriş sözü ilə mərkəzin rəhbəri Rəna Salehova çıxış edib. Sonra musiqişünas Farizə Babayeva cazın folklorla əlaqəsindən, milli cazın yaranma tarixindən danışaraq, Azərbaycanın görkəmli caz ustaları haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda bu musiqi növünün yayılıb inkişaf etməsində Tofiq Quliyev, Niyazi, Vaqif Mustafazadə, Rauf Hacıyev, Rafiq Babayev kimi görkəmli bəstəkarların böyük əməyi var. Daha sonra Azərbaycanda caz sənəti haqqında videosüjet qonaqlara təqdim olunub. Tədbir “Azərbaycanda caz» mövzusunda diskussiya ilə davam edib.
   
   Gülər






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar