Səməd Vurğunun ev-muzeyi böyük şairin anadan olmasının 105 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir. Bu silsilədən “100 ildə Vurğuna Xavər yar olsun” adlı tədbir ədibin ev-muzeyində təşkil olunub. Tədbiri giriş sözü ilə muzeyin direktoru Aygün Vəkilova açıb. Bildirib ki, böyük şair Səməd Vurğunun ömür-gün yoldaşı Xavər xanımın vəfatından 5 il keçir. Muzey ədibin yubiley tədbirləri çərçivəsində Xavər xanımın xatirə gecəsini təşkil etməyi özünə borc bilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov dahi şairin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, Səməd Vurğun şəxsiyyəti, onun yaradıcılığı böyük hörmət və ehtirama layiqdir. Yaxın vaxtlarda şairin ev-muzeyinin əsaslı təmir olunması və muzeydə yeni ekspozisiyanın hazırlanması nəzərdə tutulur. Tədbirdə Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, şairə Nurəngiz Gün, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy və başqaları Səməd Vurğunun yaradıcılığı, onun ailəsi haqqında xatirələrini bölüşüblər.
   Tədbirdə Səməd Vurğunun şeirinə bəstələnmiş “Bahar şərqisi” səsləndirilib, “Vurğun ocağı” filmindən fraqmentlər göstərilib. Prezident təqaüdçüləri Mustafa Aşurov, Vurğun Vəkilov musiqi nömrələri ifa ediblər.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar