Mayın 5-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması” İctimai Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunmuş tədbirdə deputatlar, tanınmış ziyalılar iştirak ediblər.
Akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev məlumat verib ki, təhsil ocağında aparılan elmi tədqiqat işlərində də Qarabağ mövzusu üstünlük təşkil edir.
Tədqiqatçı alim, AMEA Dilçilik İnstitutunun əməkdaşı İlhami Cəfərsoylu Şuşanın yaranma tarixindən danışıb. Onun məlum tarixi ədəbiyyatlarda öz əksini tapmayan məlumatları maraqla dinlənilib. Alim vurğulayıb ki, Şuşa ərazi olmaqla bərabər, həm də etnonimdir və müəyyən tayfanın adıdır.
İdarəçilik Akademiyasının dosenti Firdovsiyə Əhmədova çıxışını Rusiya arxiv sənədləri və imperiya mütəxəssislərinin 1799-1878-ci illərdə tərtib etdikləri xəritələr, Cənubi Qafqazla bağlı Rusiyanın o zamankı siyasətinə dair sənədlər əsasında qurmuşdu. Dosent Elçin Əhmədov isə ermənilərin Qafqaza, o cümlədən Naxçıvana, İrəvana və Qarabağa köçürülməsindən bəhs edib. Tanınmış bərpaçı mühəndis İlhami Fətəliyev doğma şəhərinin memarlıq abidlərinin tariximiz üçün əhəmiyyətini vurğulayıb.
Bütün çıxışlar icmanın və akademiyanın birgə hazırladıqları saytdan götürülmüş videosüjetlərlə müşayiət olunub.