Mayın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Fransanın Luvr Muzeyinin direktoru Anri Luareti qəbul etdi. Qonağı yenidən Azərbaycanda görməkdən məmnun olduğunu deyən nazir Əbülfəs Qarayev Luvr Muzeyi ilə əməkdaşlığın ölkəmizin Fransa ilə mədəni və dostluq əlaqələrinin inkişafına xidmət etdiyini bildirdi.
   Nazir qeyd etdi ki, son illər Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıq genişlənib: “Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçiləndən sonra iki ölkə arasında mədəni əlaqələr daha da vüsət alıb. İkitərəfli əlaqələrdə Mədəniyyət və Turizm Nazirliyi ilə Luvr Muzeyi arasında əməkdaşlıq xüsusi yer tutur. Muzeylə yeni layihələrə başlayacağıq”.
   Öz növbəsində Anri Luaret Luvr Muzeyinin Azərbaycan tərəfi ilə bir sıra müştərək layihələrin həyata keçirməsindən danışdı. Qonaq dedi ki, 2008-ci ildə imzalanan sənədə əsasən, 5 il müddətinə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Luvr Muzeyində İslam mədəniyyəti şöbəsinin yaradılmasına Azərbaycanın da dəstək verdiyini məmnunluqla qeyd edən A.Luaret buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. O, Luvr Muzeyi ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi arasında əməkdaşlıq çərçivəsində Azərbaycan xalçalarının Luvrda, bu muzeyin bəzi eksponatlarının isə Xalça Muzeyində nümayiş olunacağını vurğuladı.
   A.Luaret daha bir mühüm məsələ kimi 2013-2014-cü illərdə Luvr Muzeyi eksponatlarının Azərbaycanda xüsusi sərgisinin təşkil olunacağını dedi. Onun sözlərinə görə, artıq bununla bağlı müzakirələr başlanıb və keçiriləcək görüşlərdə bu məsələnin həlli daha da konkretləşəcək. A.Luaret mütəmadi olaraq birgə sərgilərin keçirilməsi ilə bağlı razılaşma əldə edildiyini də diqqətə çatdırdı.
   Sonda A.Luaret ikitərəfli əməkdaşlığa töhfələrinə görə nazir Ə.Qarayevə Luvr Muzeyinin medalını təqdim etdi.
   
   Mehparə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar