Mayın 17-də “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycana möhtəşəm qələbə qazandıran təmsilçilərimiz - Eldar Qasımov və Nigar Camal İctimai Televiziyada jurnalistlərlə görüşdülər. Mətbuat konfransında çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov Azərbaycanın müsabiqədə əldə etdiyi zəfəri bütün türk dünyasının qələbəsi adlandırdı. Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində layiqincə təmsil olunması üçün məqsədyönlü iş aparıldığını deyən baş direktor Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın ilk gündən bu işə böyük dəstək verdiyini xüsusi vurğuladı. O həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin də bu sahədə göstərdiyi kömək və dəstəyi qeyd etdi.
   Mətbuat konfransında çıxış edən “Eurovision” təmsilçilərimiz Eldar və Nigar qələbənin onların simasında bütün Azərbaycan xalqına məxsus olduğunu dedilər. Gələcək sənət planlarından danışan qaliblər dünyada daha geniş tanınmaq məqsədilə musiqi albomu hazırlayacaqlarını bildirdilər.
   Mətbuat konfransında 2012-ci ildə Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsinə hazırlıq məsələsi də gündəmə gəldi. Qeyd olundu ki, Avropa Yayım Birliyinin iyunun 20-də Cenevrədə (İsveçrə) keçiriləcək toplantısında bu məsələ, eləcə də gələnilki müsabiqənin qaydaları ətraflı müzakirə olunacaq. 

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar