Mayın 27-dən 29-dək «Park Bulvar” ticarət mərkəzində «AccessBank»ın baş sponsorluğu ilə «Birliyə Doğru» əlil və kimsəsiz uşaqlara qayğı ictimai birliyi 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş «Asan arzular» adlı satış-sərgi keçirdi. Tədbirin açılışında çıxış edən ictimai birliyinin rəhbəri Zərifə Quliyeva vurğuladı ki, sərginin keçirilməsində məqsəd cəmiyyətdə özünü təsdiq etməkdə çətinlik çəkən kimsəsiz uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə adaptasiya olunmasında onlara yaxından yardımçı olmaqdır.
   Sərgidə E.Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbinin uşaqlarının əl işləri sərgilənirdi. Qeyd edək ki, bu rəsm sərgisi « Birliyə Doğru» əlil və kimsəsiz uşaqlara qayğı ictimai birliyinin kimsəsiz uşaqların potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə 2009-cu ilin dekabr ayından təşkil etdiyi rəsm kursunun nəticəsidir. Sərgidə gənc rəssamların 40-a yaxın əsəri nümayiş etdirilirdi. Qeyd olundu ki, sərgidə nümayiş edilən rəsm əsərləri xeyriyyə məqsədilə satışa çıxarılıb.
   Sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri vardı. Layihənin reallaşmasına «Park Bulvar AVM», «KCA Deutag» şirkəti, İWC «İnternational Woman-s Club», «World Fashion Cafe» köməklik edib. Tədbirin informasiya dəstəyini www.gun.az portalı və «Parents» jurnalı verib.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar