Mayın 31-də Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda yazıçı Vahid Məmmədlinin «Atropatena dastanı» trilogiyasının imza günü keçirilib. Tədbiri «Ulduz» jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli açaraq kitab haqqında məlumat verib: «Vahid Məmmədlinin üç kitabdan ibarət olan «Atropatena dastanı» trilogiyası dünya oxucuları arasında maraqla oxunan fentezi janrının tələblərinə uyğun qələmə alınıb. Maraqlı magiyalar və sehrlər, fantastik qəhrəmanlar, detektiv, döyüş səhnələri ilə zəngin olan əsər hər bir azərbaycanlı üçün maraqlı olacaq bir dövrü - tariximizin Albaniya və Atropatena dövrünü əhatə edir».
   Kitab barədə fikirlərini bölüşən tənqidçi Əsəd Cahangir bildirib ki, tarixə müraciəti baxımından müəllifin mövqeyi maraqlıdır: «Vahid Məmmədlinin əsas məqsədi oxucunu tarixi təfəkkürümüzə, tariximizin qaranlıq dövrlərinə sahib çıxmağa çağırmaq istəyidir».
   Sonra yazıçı-tərcüməçi İlqar Fəhmi çıxış edib: «Detektiv əsər yazmaq üçün bu janrın sirlərinə bələd olmaq, xırdalıqlarını bilmək önəmlidir. Vahid Məmmədlinin əsərlərinin Rusiya Federasiyasında məşhur olmasının əsas səbəblərindən biri də budur. Çünki onlar bu janra daha yaxından bələddirlər».
   Qeyd edək ki, epos trilogiya janrında olan kitab Albanera, Qazaka, Atropat adlı üç hissədən ibarətdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar