TÜRKSOY Ankaradakı “Yüce” özəl məktəbində Azərbaycan həftəsi keçirib. Həftə çərçivəsində azərbaycanlı heykəltəraş Səid Rüstəmin sərgisi, Azərbaycanın “Oyun” uşaq teatrının “Qaragöz və cırtdan” tamaşası, milli mətbəximizin nümunələrinin təqdimatı, “Bir millət, iki dövlət” rəsm müsabiqəsi təşkil olunub.
   Azərbaycan həftəsinin yekun mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı və “Yüce” özəl məktəbinin direktoru Əli Saraç iki qardaş ölkənin uşaqlara daha yaxından tanıdılması baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc, ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev və TÜRKSOY-un baş direktorunun müavini Fırat Pürtaş müsabiqədə qalib gəlmiş şagirdlərə mükafatlar təqdim ediblər.
   Azərbaycanlı musiqiçilər Abdulla Qurbani, Hacıbaba Adiloğlu və Səkinə Fidanın iştirakı ilə keçirilən konsertə məktəbin şagirdləri də qatılıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar